Fev 20, 2017 18:02 Asia/Baku
  • Şəmxani ABŞ-ın yeni və keçmiş rəsmilərinin ifadə tərzində fərqin olmadığını bildirib
    Şəmxani ABŞ-ın yeni və keçmiş rəsmilərinin ifadə tərzində fərqin olmadığını bildirib

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi deyib ki, Amerikanın yeni və keçmiş rəsmilərinin ifadə tərzində fərq yoxdur və bu ölkənin müxtəlif simaları daim müstəqil ölkələrə qarşı militarist rəftara malik olublar.

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani bu gün Əlborz vilayətinin iqtisadi obyektləri və sənaye layihələrindən baxış keçirmənin kənarında deyib: Yalnız Amerika prezidenti Donald Trampın Qərb dünyasının və Amerikanın qarışıq durumu barədəki etirafları yeni mövzudur ki, bu məsələ bundan öncə Amerika hökmranları tərəfindən bildirilməmişdi.

Şəmxani əlavə edib: Trampın sözləri göstərir ki, Ağ Evin Amerikanın qarışıq və pozğun simasını yaxşı göstərmək üzrə cəhdi dalana dirənibdir.

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi söyləyib: Hərçənd Amerikanın yeni hakim dairəsinin fəaliyyəti barədə mühakimə yürütmək hələ tezdir, amma hazırkı proses göstərir ki, yeni dövrdə də bu ölkənin qarışıq durumunda bir dəyişiklik baş verməyəcəkdir.

Amerikanın yeni prezidenti Donald Tramp Ağ Evə daxil olaraq, bu ölkənin öncəki dövlət başçıları kimi İranı sanksiya və hərbi hücumla hədələyibdir ki, bu məsələ artıq çeynənmiş bir prosesə çevrilibdir.

Teqlər