Fev 22, 2017 15:53 Asia/Baku
  • Fələstin xalqının haqlarının təmin edilməsi üçün İslam Dünyası mübarizə aparmalıdır
    Fələstin xalqının haqlarının təmin edilməsi üçün İslam Dünyası mübarizə aparmalıdır

İran İslam Respublikası prezidenti Tehranda keçirilən 6-cı beynəlxalq "Fələstin İntifazəsini Himayə" konfransının iştirakçıları ilə görüşdə Fələstin xalqının haqq və hüquqlarının təmin edilməsi üçün İslam Dünyasının müqavimət və mübarizəsini zəruri adlandırıb.

Cənab Ruhani çərşənbə günü 6-cı beynəlxalq Fələstin İntifazəsini Himayə konfransının kənarında konfransda iştirak edən xarici ölkə rəsmiləri ilə görüşdə deyib: İran xalqı indiyə kimi Fələstin xalqını himayə və İsrail rejiminin rəftarları ilə müxalifət üzrə bir çox çətinliklərlə üzləşib. Amma, buna baxmayaraq, tam qətiyyətlə öz himayələrimizi davam etdirəcəyik.

İran İslam Respublikası prezidenti əlavə edib: Bizim qənaətimizə görə İslam Dünyası Fələstin xalqının haqq və hüquqlarının təmin edilməsi yolunda mübarizə aparmalıdır. İslam Dünyası bu xüsusda məsuliyyətlərə malikdir və onlara əməl etməlidir.

Cənab Ruhani Fələstin İntifazəsini Himayə konfransını İranın Fələstin xalqını himayə üzrə dəyişilməz iradəsinin nişanəsi adlandırıb və deyib: Bizim üçün Fələstinlilər başda olmaqla müsəlmanların haqq və hüquqlarının təmin edilməsi üzrə olan hər bir hərəkət dəyərlidir.

Teqlər