Fev 25, 2017 12:39 Asia/Baku
  • Ruhani: Seçkilər İslami İranın düşmənlər qarşısındakı ən böyük qüdrətidir
    Ruhani: Seçkilər İslami İranın düşmənlər qarşısındakı ən böyük qüdrətidir

İran prezidenti seçkiləri İslami İranın düşmənlər qarşısındakı ən böyük qüdrəti adlandırıb və ümidvarlıq edibdir ki, qarşıdakı seçkilər bütün düşmənlər üçün heyranedici və əzəmətli, İranın dünyadakı bütün dostları üçün isə ümidverici olacaqdır.

İranda 12-ci prezident və 5-ci şəhər və kənd şura seçkiləri 2017-ci il mayın 19-da keçiriləcək.

İran prezidenti Həsən Ruhani bu gün seçkilərin keçirilməsi üzrə təşkilatçıların ümumölkə konfransında deyib: İranın problemlərin qarşısında dayanmasının səbəbi, xalqın seçkilərdə iştirakı və düşmənlər qarşısında İran İslam Respublikası quruluşunun təsbitidir.

Ruhani əlavə edib: Bütün İran xalqının seçki məntəqələrində iştirakı İranın əzəməti və taleyinin təyini üçün son dərəcə mühümdür.

İranın icra hakimiyyətinin sədri həmçinin təhlükəsizlik məsələsini olduqca mühüm adlandırıb və belə deyib: İran çaxnaşmalı Yaxın Şərq məntəqəsində yerləşib, amma İranın hazırkı təhlükəsizliyinin əsası, birlik, ictimai sərmayə və xalq etimadıdır.

Ruhani çıxışının davamında İranın beynəlxalq nüvə ticarətinə nail olmasına işarə edərək, deyib: İranın nüvə inkişafı dayanmayıb və yavaşımayıbdır, əksinə İran hazırda özünün zənginləşdirilmiş maddələri və ağır suyunu satır və sarı keks satın alır.

O, BMT Təhlükəsizlik Şurası əsasnaməsinin yeddinci fəsli üzrə qətnamələrin ləğv olunmasını nüvə anlaşmasının icra mərhələsinə çatmasının digər nailiyyətlərindən adlandırıb və belə deyib: İran dünyanın siyasi tarixində ilk dəfə olaraq, BMT Təhlükəsizlik Şurası əsasnaməsinin yeddinci fəslinin qətnamələrini məhz qətnamələri qəbul etmiş kəslərin əli ilə ləğv etdirdi.

İran prezidenti həmçinin nüvə anlaşmasını bütün tərəflər üçün uduş-uduş anlaşması adlandıraraq, deyib: Dünya xalqları bu məsələni etiraf edirlər ki, beynəlxalq sülh və təhlükəsizliyin təminində İranla əməkdaşlıq etmək lazımdır.

İran və 5+1 qrupu 2015-ci ilin iyununda nüvə anlaşması əldə etdilər və bu anlaşma 2016-cı ilin yanvarından icra olunmağa başladı.

Teqlər