Ruhani: İran dövlətinin səyi, xalqın müalicə və sağlamlıq durumunun daha da yaxşılaşdırılmasıdır
-
Ruhani: İran dövlətinin səyi, xalqın müalicə və sağlamlıq durumunun daha da yaxşılaşdırılmasıdır
İran prezidenti deyib ki, İran dövləti xalqın müalicə və sağlamlıq durumunun daha da yaxşılaşdırılması istiqamətində təsirli addımlar atıbdır.
İran prezidenti Həsən Ruhani bu gün Tehranda Milli Səhiyyə Assambleyasının birinci iclasında əlavə edib: Sığorta olunanların on bir milyon nəfərlik çətirinin genişləndirilməsi və səhiyyə sisteminin atdığı addımlar İran dövlətinin iftixarlarındandır.
Ruhani xalqın profilaktikasının müalicədən ön planda durduğunu vurğulayaraq, deyib: Problemlərin həlli üçün hamı müttəfiq olmalıdır və şübhəsiz, İranı parlaq gələcək gözləyir.
"İranın inkişaf yolu davam edir"-deyən Ruhani vurğulayıb: İranın səhiyyə və sağlamlıq bölməsinin məsul şəxsləri böyük məsuliyyətə malikdirlər və qida maddələrinin sağlamlığı bağlar və tarlalardan başlamalı, islah və təmin olunmalıdır.
İran prezidenti əlavə edib: İran prinsip və dəyərləri qoruyaraq, dünyanın ən müasir texnologiyalarından istifadə etməli və İrandakı universitetlər və iranlı tədqiqatçılar da tərəqqi yolunda dünya ilə anlaşmada olmalıdırlar.