Fev 28, 2017 12:02 Asia/Baku
  • İran prezidenti Sistan və Bəluçestan ostanına səfər edib
    İran prezidenti Sistan və Bəluçestan ostanına səfər edib

İran İslam Respublikası prezidenti bu gün ölkənin cənub şərqində yerləşən Sistan və Bəluçestan ostanında bir neçə infrastruktur layihələri istifadəyə vermək məqsədi ilə ostanın mərkəzi olan Zahedan şəhərinə daxil olub.

Həsən Ruhani Zahedan hava limanına daxil olarkən deyib ki, onun ostana səfərində bir sıra mühüm layihələr, o sıradan da Zahedana qaz nəqli layihəsi istifadəyə veriləcək. 

Ruhani deyib: Sistan və Bəluçestan ostanındakı layihələrin tamamiylə icra edilməsi sahəsində ölkə rəhbərliyi öz səylərini daha da artırmalıdır. 

Zahedan hava limanının ikinci fazasının, bir neçə başqa infrastruktur və abadlıq layihəsinin istifadəyə verilməsi İran prezidentinin Sistan və Bəluçestan ostanına səfərinin proqramına daxildir. 

Teqlər