Fev 28, 2017 14:10 Asia/Baku
  • Prezident Ruhaninin iştirakı ilə Sistan və Bəluçestan ostanında infrastruktur layihələr istifadəyə verilib
    Prezident Ruhaninin iştirakı ilə Sistan və Bəluçestan ostanında infrastruktur layihələr istifadəyə verilib

İran İslam Respublikasının cənub şərqində yerləşən Sistan və Bəluçestan ostanında bir neçə infrastruktur və abadlıq layihəsi bu gün prezident Həsən Ruhaninin iştirakı ilə istifadəyə verilib.

İİR prezident aparatının internet portalının verdiyi məlumata görə, İran prezidenti Həsən Ruhani bir neçə infrastruktur və abadlıq layihəsinin eyni zamanda istifadəyə verilməsi mərasimində video-konfrans vasitəsi ilə Zahedan şəhərinin hava limanının ikinci zolağı, Çehelkuh mis mədəni kompleksi, Zahedan-Zabul magistral yolu və bir neçə rabitə layihəsini istifadəyə verib. 

Həsən Ruhani Sistan və Bəluçestan ostanının infrastruktur və abadlıq layihələrinin istifadəyə verilməsi mərasimində bu layihələrin gənclərin işlə təmin olunmasına öz töhfəsini verəcəyinə ümidvarlığını bildirib. 

İran İslam Respublikası prezidenti bu gün Zahedan şəhərinə daxil olub. 

Teqlər