Danimarka səfiri İran XİN-ə çağırılıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü Danimarkanın Tehrandakı səfirinin İranın Kopenhagendəki səfirliyinə 6 nəfərin hücum etməsi səbəbi ilə XİN-ə çağırıldığını bildirib.
İran XİN sözçüsü Bəhram Qasimi deyib: Ötən gün günortadan sonra düşmən ünsürlərdən altı nəfəri şübhəli hərəkətdə İranın Kopenhagendəki səfirliyinə hücum ediblər.
Danimarkanın İrandakı səfirinin çağırılması ilə İran İslam Respublikasının qəbul olunmuş beynəlxalq normalara və Danimarkanın daxili qanunlarına zidd hərəkətə sərt etiraz etdiyini bildirən Qasimi İran səfirliyi və işçilərinin təhlükəsizliyinin qorunmasında Danimarka hökumətinin zəif funksiyasını tənqid edib.
Bəhram Qasimi Danimarkanın İrandakı səfirindən Danimarka hökumətinin İran səfirliyinə hücum edən üsnürlərlə qətiyyətli və ciddi şəkildə davranmasını və onun nəticəsini İran İslam Respublikası hökumətinə elan etməsini istəyib.
İran XİN sözçüsü əlavə edib: Hücumun təkrarlanması və önləyici və ciddi addımın atılmaması, Danimarka hökumətinin iradəsi və niyyətini məchul vəziyyətlə üzləşdirir, üstəlik iki ölkənin inkişafda olan əlaqələrinə zərbə vura və mütənasib reaksiyaya səbəb ola bilər.
Danimarkanın Tehrandakı səfiri də İran İslam Respublikasının Danimarkadakı səfirliyinə hücumdan dərin təəssüfləndiyini və bunun qəbuledilməz olduğunu bildirib: Müraciət aydındır. Tez bir zamanda Kopenhagenə çatdırılacaq və məsələ araşdırılaraq nəticəsi haqda məlumat veriləcək.