Əmir İsmaili: İran ərazilərinə hər hansı təcavüzə möhkəm yumruqla cavab veriləcək
İran İslam Respublikası ordusunun Xatəmül-Ənbiya(s.ə) havadan müdafiə qərargahının komandanı islami İranın övladlarının bu qərargahda gecə gündüz ölkə səmasında müşahidə apardıqlarını xatırladaraq deyib: İran hər hansı ehtimal olunan təcavüzə möhkəm yumruqla cavab verəcək.
İRNA-nın verdiyi məlumata görə, General Mayor Fərzad İsmaili bu gün Şahrud şəhərində deyib:Xatəmül-Ənbiya(s.ə) havadan müdafiə qərargahının fəaliyyəti ölkənin 3700 nöqtəsinə yayılıb.
Xatəmül-Ənbiya(s.ə) havadan müdafiə qərargahının komandanı bu qərargahın qüvvələrinin ordu, sepah, bəsic və nizam intizam qüvvələrindən ibarət olduğunu xatırladaraq deyib: Xatəmül-Ənbiya(s.ə) havadan müdafiə qərargahının qüvvələri düşmən qarşısında tam qətiyyətlidirlər.
General Əmir İsmaili ABŞ-ın RQ170 Pilotsuz Uçan Aparatının vurulub salınması eləcə də sərnişin təyyarəsi örtüyü altında NATO-nun hərbçilərini daşıyan təyyarənin Bəndər Abbas limanına endirilməsini xatırladaraq deyib: İran müharibə istəmir amma düşmənin həyasızlığına dözməyəcək.