İranda S-300 zenit-raket kompeksi uğurla sınaqdan keçirilib
İranın mərkəzi səhrasında S-300 zenit-raket kompleksi uğurla sınaqdan keçirilib və digər müdafiə sistemlərinə əlavə olunub.
Şənbə günü funksiyasını dəyərləndirmək məqsədilə həyata keçirilən S-300 zenit-raket kompeksinin sınaq əməliyyatında bir neçə müxtəlif raket, o cümlədən ballistik raket və pilotsuz uçan aparat izlənilib və məhv edilib.
İran Ordusu Xatəmil-Ənbiya Havadan Müdafiə Qərargahının komandanı general-leytenant Fərzad İsmaili İRİB-ə müsahibə verib.
S-300 raket sisteminin İranın haqqı olduğunu və bu haqqı aldığını bəyan edən İsmaili deyib: S-300 müdafiə sistemi bu gün Mirsad və Təlaş kimi İranın güclü sistemlərinə əlavə olundu və İran səması anbaan daha təhlükəsiz və güclü olur.
General İsmaili düşmənin hədə-qorxularına meydanda cavab veriləcəyini qeyd edib: İranlı mütəxəssislər bu müdafiə sistemini təhdidlər və əməliyyat xəritələrinə əsasən sınaqdan keçirdilər və artıq heç kim S-300 sisteminin hansı formada əməliyyata daxil olacağını bilməyəcək.
İran Ordusu Xatəmul-Ənbiya Havadan Müdafiə Qərargahının komandanı həmçinin deyib: Tam şəkildə yerliləşmiş S-300 sistemi də yaxın gələcəkdə "Bavər 373" adı ilə sınaqdan keçiriləcək.
Hərbi rəsmi sonda xatırladıb: Tam şəkildə yerliləşən S-300 Rusiyanın S-300 sistemindən bir neçə addım öndədir.