İlham Əliyev Tehranda İran prezidenti Həsən Ruhani tərəfindən rəsmən qarşılandı
Mart 05, 2017 11:55 Asia/Baku
Azərbaycan Respublikası prezidenti İlham Əliyev Tehranda, tarixi - mədəni Səədabad Saray Kompleksində İran İslam Respublikası prezidenti Həsən Ruhani tərəfindən rəsmən qarşılanıb.
Həsən Ruhani və İlham Əliyev rəsmi qarşılama mərasimində iki ölkənin milli himninin səsləndirilməsinin ardınca xüsusi qaravul dəstəsinin önündən keçiblər.
Rəsmi qarşılama mərasiminin ardınca İran və Azərbaycan prezidentlərinin ikitərəfli görüşü başlanıb.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev bu gün səhər Tehrana daxil olub.
İlham Əliyevin Tehrana olan bu səfəri ötən 3 ildə İrana olan 3-cü səfəridir.