Mart 07, 2017 13:59 Asia/Baku
  • İran prezidenti Həsən Ruhani
    İran prezidenti Həsən Ruhani

İran İslam Respublikası prezidenti ABŞ-ın iddialarına cavab olaraq deyib: İranda seçkilər azad, sağlam və demokratikdir və bu seçkiləri tənqid edənlər öz seçkilərinə və üz-üzə durduqları məsələlərə diqqət yetirməlidirlər.

ABŞ Dövlət Departamenti özünün "insan haqları" barədə illik hesabatında hər il olduğu kimi  İran İslam Respublikasına, ö cümlədən İran seçkilərinə qarşı əsassız iddialarını təkrarlayıb. 

Həsən Ruhani Tehranda Xobreqan Məclisinin 5-ci dövrünün 2-ci iclasının kənarında İRİB müxbiriinə verdiyi müsahibədə deyib: ABŞ-da 2016-cı il seçkiləri, rəqib tərəflərin etirazlarına səbəb oldu və indiki prezident Donald Tramp seçkilərdən öncə onun sağlam keçiriləcəyinə şübhə ilə yanaşdığını bildirdi, beləliklə amerikanlar öz seçkilərinə diqqətli olmalı və onu düzəltməlidirlər. 

Ruhani deyib: İran xalqının 70-73 faizi seçkilərdə iştirak edirsə, bu xalqın seçkilərə inandığını göstərir. 

Teqlər