Genral Dehqan: İranın müqavimət cəbhəsini himayə etməsi düşmənlərin məğlubiyyətinə səbəb olub
https://azeri.sahartv.ir/news/İran-i261866-genral_dehqan_İranın_müqavimət_cəbhəsini_himayə_etməsi_düşmənlərin_məğlubiyyətinə_səbəb_olub
İranın müdafiə naziri deyib: İran daim müqavimət cərəyanlarını himayə edib və bu himayə düşmənləri geri çəkilməyə və məğlubiyyət ilə üzləşməyə məcbur edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2017 08:04 Asia/Baku
  • Genral Dehqan: İranın müqavimət cəbhəsini himayə etməsi düşmənlərin məğlubiyyətinə səbəb olub
    Genral Dehqan: İranın müqavimət cəbhəsini himayə etməsi düşmənlərin məğlubiyyətinə səbəb olub

İranın müdafiə naziri deyib: İran daim müqavimət cərəyanlarını himayə edib və bu himayə düşmənləri geri çəkilməyə və məğlubiyyət ilə üzləşməyə məcbur edib.

İran İslam Respublikasının müdafiə naziri general Hüseyn Dehqan çərşənbə günü Tehranda deyib: İran müstəqil siyasi quruluşa malikdir və bu yoldan geri dönməyəcək. 

General Dehqan İranın müdafiə qüdrətinin, istənilən təhdid qarşısında xalqın təhlükəsizliyinə səbəb olduğunu bildirib və deyib: İran silahlı qüvvələri xalqın hərəkəti yolunda təsəvvür olunan istənilən təhdidi öncədən təyin etməyə və onları zərərsizləşdirməyə, xalqı təhdidlər qarşısında qorumağa qadirdir. 

O həmçinin deyib: İslam İnqilabının müraciəti dünyaya yayılıb və dünya xalqlarını təsir altına alıb. 

İranın müdafiə naziri əlavə edib: Müdafiə qüdrətinin artması düşmən ilə ehtimal olunan savaşda qələbəni İran silahlı qüvvələri üçün qətiləşdirmiş olub. 

General Dehqan sonda vurğulayıb: Regionda ictimai bazaya malik olmayan zorakı qüdrətlər regiondan kənar qüvvələrin Yaxın Şərqdəki iştirakının əsas amilidirlər.