İranın dostluq dəniz bölməsi Rusiya sahillərinə yan alıb
-
İranın dostluq dəniz bölməsi Rusiya sahillərinə yan alıb
İran İslam Respublikasının ezam olunmuş sülh və dostluq dəniz bölməsi Xəzər dənizinin Rusiya sahillərinə yan alıbdır.
IRNA-nın məlumatına görə, "Dəmavənd" adlı hərbi gəmi və raketatan "Derəfş" hərbi gəmisi dünən Xəzər dənizinin şimal-qərb sahilində yerləşən Rusiyanın Qafqaz məntəqəsindəki Dağıstan Muxtar Respublikasının mərkəzi Mahaç-Qala sahillərində lövbər salıblar.
Xəzər dənizində yerləşən və "Qrad Soyajesk", "Uqliç" və "Velikiy Ustyuq" kanonerkalarına şamil olan rus dəniz bölməsi iranlı hərbi bölməni qarşılayıb.
İran hərbi bölməsinin komandanlığı bu səfərdə öz rus həmkarları, eləcə də Rusiyanın Qafqaz məntəqəsindəki Dağıstan Muxtar Respublikasının başçıları ilə görüşüb. İran hərbi bölməsinin komandanlığı qərar üzrə mədəni tədbirlərdə iştirak etməli və Xəzər dənizində yerləşən Rusiya dəniz bölmələrindən baxış keçirməlidir.
İran İslam Respublikası ordusunun sülh və dostluq dəniz bölməsi 2013-cü ilin iyununda və 2015-ci ilin oktyabrında da Rusiyaya səfər etmişdi.
Rusiya dəniz qüvvələrinin bölməsi də indiyədək dörd dəfə və dostluq əlaqələrinin möhkəmləndirilməsi, dəniz anlaşmalarının genişləndirilməsi, həmçinin Xəzər dənizində sülh və dostluğun inkişafı məqsədilə İranın şimalındakı Ənzəli limanına səfər edibdir.