İranın çimərlik üzrə futbol yığması Asiya Çempionu oldu
Mart 11, 2017 19:57 Asia/Baku
İranın çimərlik futbolu üzrə yığma komandası Birləşmiş Ərəb Əmirliklərini məğlub edərək Asiya Çempionu olub.
İRİB-in məlumatına görə, çimərlik futbolu üzrə Malayziyada keçirilən 2017 Asiya Çempionatının finalında İran yığması Birləşmiş Ərəb Əmirliklərinin yığma komandasını yeddi iki hesabı ilə məğlub edib və Asiya çempionu titulunu qazanıb.
İranın çimərlik futbolu üzrə yığma komandası yarımfinalda Yaponiyanı məğlub etməklə 2017-də ABŞ-da keçiriləcək Dünya Çempionatına vəsiqəni təmin etmişdi.
Yaponiya yığması da Livanı məğlub edərək bürünc medala layiq görülüb və İran və Birləşmiş Ərəb Əmirlikləri yığmaları ilə birlikdə Dünya Çempionatına vəsiqə qazanıb.
Çimərlik futbolu üzrə Dünya Çempionatı 27 aprel 7 mayda Bahama adalarında keçiriləcək.