Mart 14, 2017 13:18 Asia/Baku
  • İran prezidentinin Moskva səfərində ondan çox sənəd imzalanacaq
    İran prezidentinin Moskva səfərində ondan çox sənəd imzalanacaq

İranın rabitə və informasiya texnologiyaları naziri İran prezidentinin qarşıdakı Rusiya səfərinə toxunaraq, qeyd edib ki, İran və Rusiya prezidentləri tərəfindən imzalanmaq üçün 10-dan çox əməkdaşlıq sənədi hazırlanıb.

IRNA-nın məlumatına görə, Mahmud Vaizi Moskvada deyib: İran və Rusiya iki ölkə prezidentlərinin qarşıda duran müzakirələrini daha da təsirli etmək üçün mövcud olan bütün imkan və bacarıqdan istifadə etməldirlər.

İranın rabitə və informasiya texnologiyaları naziri vurğulayıb: Hərçənd ötən milad ilində iki ölkənin ticarət əlaqələrinin dəyəri 2015-ci il ilə müqayisədə 70-80 faizlik inkişafdan xəbər verir, amma iki ölkənin imkanları bundan yuxarıdır.

Mahmud Vaizinin Rusiyaya ikigünlük səfərdə məqsədinin qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və İran prezidenti Həsən Ruhaninin Moskva səfərinə hazırlığın görülməsi elan olunub. Bu səfər martın 28-ə nəzərdə tutulub.

Teqlər