Caberi-Ənsari: Astana müzakirələri irəliləməkdədir
-
Caberi-Ənsari: Astana müzakirələri irəliləməkdədir
İranın Astana müzakirələrindəki nümayəndə heyətinin sədri bu müzakirələrin irəliləyişindən xəbər verib.
IRIB-nin məlumatına görə, Hüseyn Caberi Ənsari bu gün Suriyada sülhün təsbiti istiqamətində Rusiya və Türkiyə nümayəndələrilə müzakirələrin yaxşı gedişinə toxunaraq, atəşkəsin təsbiti istiqamətində razılaşmaların izlənilməsini Suriya sülh müzakirələrinin hazırkı raundunun proqramlarından adlandırıb.
Caberi Ənsari deyib ki, Astana müzakirələrinin bu raundunda həmçinin Suriyada tərəflərin ixtiyarında olan əsirlərin mübadiləsi və minaların zərəsizləşdirilməsi istiqamətində ölkələrin nümayəndələri arasında üç sənəd araşdırılacaq.
İranın Astana müzakirələrindəki nümayəndə heyəti bu gün Rusiya və Türkiyə heyətlərilə ayrı-ayrılıqda görüşüb.
Qərar üzrə sabah İran, Rusiya və Türkiyə nümayəndələrinin iştirakı ilə müzakirələrin əsas iclası keçiriləcək. İclasda BMT nümayəndəsi, Suriya dövlətinin nümayəndəsi Bəşşar Cəfəri və İordaniyanın nümayəndəsi iştirak edəcəklər.
Caberi Ənsari Astana müzakirələrində iştirak məqsədilə dünən bu şəhərə daxil olub.