İran qadın və kişinin insani hüquqlarının bərabərliyi və hörmətinin qorunmasına tam inanır
https://azeri.sahartv.ir/news/İran-i262826-İran_qadın_və_kişinin_insani_hüquqlarının_bərabərliyi_və_hörmətinin_qorunmasına_tam_inanır
İranın BMT-dəki daimi nümayəndəsi deyib: İran İslam Respublikası qadın və kişinin insani hüquqlarının bərabərliyi və hörmətinin qorunması, eləcə də qadınların sahibkarlıq istiqamətində bacarıqlarının artırılmasına tam inanır.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Mart 18, 2017 06:12 Asia/Baku
  • İran qadın və kişinin insani hüquqlarının bərabərliyi və hörmətinin qorunmasına tam inanır
    İran qadın və kişinin insani hüquqlarının bərabərliyi və hörmətinin qorunmasına tam inanır

İranın BMT-dəki daimi nümayəndəsi deyib: İran İslam Respublikası qadın və kişinin insani hüquqlarının bərabərliyi və hörmətinin qorunması, eləcə də qadınların sahibkarlıq istiqamətində bacarıqlarının artırılmasına tam inanır.

IRNA-nın məlumatına görə, İranın BMT-dəki daimi nümayəndəsi Qolaməli Xoşru dünən Nyu-Yorkda Qadının Yeri Komissiyasının 61-ci iclasında müxtəlif adlar altında sanksiyaların tətbiqini qadınların iqtisadi sahələrdə bacarıqlarının artırılması yolunda ən mühüm maneə adlandırıb və belə deyib: Müxtəlif adlar altında sanksiyaların tətbiqi bəzi ölkələrin ədalətsiz siyasətlərinin təzahürlərindəndir ki, qadınların iqtisadi cəhətdən bacarıqlarının artırılmasını ciddi zərərlə üzləşdirir.

Xoşru İranda qadınların təhsilinin davam etdirilməsinin parlaq durumuna toxunaraq, əlavə edib: İranda sahibkarlıq layihələrinin təmərküzləşməsinin ən mühüm hissəsi müstəqil iş yerinin yaradılması üçün qadınların bacarıqlarının artırılmasına, müasir texnologiya ilə tanışlığa və virtual mühitdə marketinqə yönəlibdir.

İranın BMT-dəki daimi nümayəndəsi altı mindən çox qadının İranda şəhər və kənd şuraları seçkilərində qalib gəlməsini qadının iş qabiliyyətlərinin artırılmasının bir nümunəsi adlandırıb və belə deyib: İranda icra idarəçilikləri səviyyəsində qanunvericilik və siyasətin təyini qadınlara aiddir və bu rəqəm yüksələn xətt üzrə inkişaf edir.

Qadının Yeri Komissiyasının 61-ci iclası martın 13-də başlanıb və martın 24-dək BMT-nin Nyu-Yorkdakı qərargahında davam edəcək.