Mart 18, 2017 12:48 Asia/Baku
  • Əli Laricani
    Əli Laricani

İran İslam Şurası Məclisinin sədri region ölkələrinə Novruz müraciətində vurğulayıb: Region hadisələri, qarşıda duran problemlərin həlli və təhdidlərlə mübarizə bütün, xüsusən qonşu ölkələrin həmkarlığı, faydalı anlaşmasından asılıdır.

İran məclisinin xəbər agentliyinin məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün Azərbaycan Respublikası, Türkmənistan, Əfqanıstan, Pakistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, İraq, Türkiyə və Özbəkistan məclislərinin sədrlərinə göndərdiyi müraciətlərdə Novruz bayramının gəlib çatması münasibətilə onları təbrik edib.

Laricani bu müraciətlərdə region xalqları üçün ədalət, uğur və günbəgün artan inkişaf diləyib. O, bildirib: İran İslam Respublikası hərtərəfli mədəni, siyasi, iqtisadi inkişaf və tərəqqi, eləcə də təhlükəsizliyin yaradılması istiqamətində qonşular xüsusiyyət təşkil etməklə qarşılıqlı hörmət əsasında hər cür regional əməkdaşlığı alqışlayır.

İran İslam Şurası Məclisinin sədri həmçinin deyib: Parlament dialoqu davamlı təhlükəsizliyin yaradılması və dostluq münasibətlərinin dərinləşməsilə nəticələnəcək.

Novruz günəş ilinin ilk günü olaraq, fərvərdin ayının birinə və martın 21-ə təsadüf edir. Bu gündə qədim İran dövründən qalmış ən qədim şənliklərdən biri olan yeni İran ilinin başlanması qeyd olunur.

Novruz 2010-cu ildə BMT-nin rəsmi təqvimində yeni günəş ilinin ilk günü kimi dərc olundu.

Teqlər