İran prezidentinin Rusiya səfəri; bu gün
-
İran prezidentinin Rusiya səfəri; bu gün
İran İslam Respublikası prezidenti Həsən Ruhani rusiyalı həmkarı Vladimir Putinin rəsmi dəvəti ilə bu gün Moskvaya səfər edir.
İran İslam Respublikası prezidenti 28 mart tarixində Moskvada Rusiya prezidenti ilə görüşüb, danışıqlar aparacaq. Bu görüşdə enerji və yüklərin daşınması üzrə iri müqavilələrə diqqət göstərilməlidir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi də bazar günü İran prezidentinin Rusiyaya səfəri barədə deyib: İran prezidentinin Moskvaya səfəri zamanı iki ölkə arasında hüquq mühafizə, yol və şəhərsalma, rabitə və texnologiyaları, energetika, standartlaşdırma və idman sahələri üzrə 10-dan artıq əməkdaşlıq sənədi və memorandum imzalanacaq.
Qasemi həmçinin deyib: İran və Rusiya əlaqələrin genişləndirilməsi üçün geniş potensiallara malikdirlər və iki ölkə başçıları əlaqələrin möhkəmləndirilməsi üçün ciddi siyasi iradə nümayiş etdirirlər.
Amerikada çıxan Vaşinqton Post qəzeti də Tehran - Moskva əlaqələri haqda yazır: İran prezidentinin Moskvaya səfəri Rusiya üçün İranın nə qədər önəmli olmasından xəbər verir.