İran prezidentinin Moskvaya səfəri başlandı
-
İran prezidentinin Moskvaya səfəri başlandı
İran İslam Respublikası prezidenti Həsən Ruhani rusiyalı həmkarı Vladimir Putinin dəvəti əsasında bu gün yüksək səviyyəli siyasi-iqtisadi heyətin müşayiəti ilə Moskvaya səfər edib.
Moskva səfərində İran prezidentini xarici işlər, neft, mədən və ticarət nazirləri, Atom Enerjisi Təşkilatı, Ekolotiya Təşkilatı və Mədəni İrst və Turizm Təşkilatı sədrləri habelə, Mərkəzi Bankın rəisi müşayiət edirlər.
İran İslam Respublikası prezidentinin Moskvaya olan 2 günlük səfəri zazmanı Rusiya rəsmiləri ilə ikitərəfli əlaqələrin genişləndirilməsi yolları, birgə sərmayə qoyuluşları və birgə layihələrin icrasının sürətləndirilməsi barədə danışıqlar aparılacaq.
Həsən Ruhani bazar ertəsi günü Rusiyanın baş naziri Dmitri Medvedyev ilə də görüşəcək. Bu görüşdə İran ilə Avrasiya İqtisadi Birliyi arasında ticarət qaydaları barədə danışıqlar aparılacaq.
İran və Rusiya prezidentləri Həsən Ruhani və Vladimir Putin arasındakı görüşün isə sabah baş tutması planlaşdırılıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi də İran prezidentinin Moskva səfəri barədə deyib: Həsən Ruhaninin Moskvaya səfəri zamanı iki ölkə arasında hüquq mühafizə , yol və şəhərsalma, rabitə və informasiya texnologiyaları, tranzit və yüklərin daşınması, energetika, standartlaşdırma və idman sahələri üzrə 10-dan çox əməkdaşlıq sənədi imzalanacaq.