Mart 30, 2017 13:54 Asia/Baku
  • Gilan ostanında bir neçə abadlıq layihəsi istifadəyə verilib
    Gilan ostanında bir neçə abadlıq layihəsi istifadəyə verilib

İran İslam Respublikası prezidenti Gilan ostanında bir neçə abadlıq layihəsini istifadəyə verib.

İran İslam Respublikası prezidenti Həsən Ruhani İranın Xəzər sahilində ən iri limanı olan Bəndər Ənzəli limanının azad ticarət zonasının Kaspian liman kompleksinin iki liman təsisatını istifadəyə verib. Bu layihə İranın azad ticarət zonalarının ən iri infrastruktur layihəsi hesab olunur. 

Kaspian liman kompleksi yekun mərhələdə 15 milyon ton yük daşınmasını təmin edən 22 liman təsisatına malik olacaq. 

Prezident Ruhaninin iştirakı ilə Xəzər dənizinin turizm üzrə ən iri liman təsisatı sayılan Marina təsisatının inşa əməliyyatına da strart verilib. Bu ərazidə İranın ən iri akvariumu və sürünən heyvanlar parkının da inşa əməliyyatı başlanılıb. 

Ənzəli limanının azad ticarət zonasının Marina dəniz turizmi kompleksi, əyləncə qayıqları üçün dayanacaq, hotellər, dəniz restoranı, dəniz idman növləri mərkəzi və digər istirahət-əyləncə imkanlarına malikdir. 

İran İslam Respublikası prezidenti həmçinin Gilan ostanına səfərində MDF və HDF taxta varaqlar istehsal edən iki iri istehsal bölməsini də istifadəyə verib. 

Teqlər