Mart 31, 2017 10:31 Asia/Baku
  • Məşhəddə İranın ilk hava restoranı açılıb
    Məşhəddə İranın ilk hava restoranı açılıb

İranın ilk hava restoranı Məşhədin Şandiz şəhərciyində istifadəyə verilib.

IRNA-nın məlumatına görə, İranın ilk hava restoranı 6,5 ton ağırlığında konstruksiya edilib. 80 metr hündürlüyə qalxa bilən bu restoran bir saatlıq bir növbədə on işçi ilə 28 nəfərə xidmət göstərməyə qadirdir.

İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının investisiyanın genişləndirilməsi və planlaşdırma üzrə sədr müavini Səid Şirkəvənd dünən gecə restoranın açılış mərasimində cari günəş ilinin İslam İnqilabının Böyük Rəhbəri tərəfindən "Müqavimət iqtisadiyyatı; istehsal və məşğulluq" ili adlandırılmasına işarə edərək, deyib: İranda turizm sənayesi iş yerlərinin yaradılması çərçivəsində rol oynamalı və bu sənaye sözün əsl mənasında, istehsal, məşğulluq və gəlir mənbəyinin yaradılması istiqamətində addım atmalıdır.

O, söyləyib: İranda səfər və turizm şəraitinin yaradılması ilə müxtəlif sahələrdə turizm təsisatları istehsal və məşğulluğun reallaşması çərçivəsində genişlənəcəkdir.

Teqlər