Brucerdi: İran və Rusiya ABŞ-ın hərəkəti qarşısında sakit durmayacaq
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib: ABŞ-ın Suriyaya ağılsız hücumu şübhəsiz ciddi mənfi nəticələrə gətirib çıxaracaq. Çünki Rusiya və İran regionun mənafeyinin əksinə olan hərəkətlər qarşısında sakit durmayacaq.
İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi cümə günü Parlamentin informasiya agentliyinə müsahibədə deyib: Dünya bilir ki, suriyalılar BMT ilə anlaşmada bütün kimyəvi maddələri təhvil veriblər. Buna görə, Suriya hökumətinin ixtiyarında kimyəvi silah yoxdur.
Brucerdi əlavə edib: Kimyəvi silahlardan istifadə orduların döyüşdə məğlubiyyəti hiss etdiyi zamandır. Halbuki Suriya ordusu ən yaxşı mövqedədir. Hələb azad olunub və digər bölgələr də azad olunmaqdadır.
Brucerdinin sözlərinə görə, terrorçular keçmişdə də kimyəvi silahlari istifadə etməkdən heç bir qorxularının olmadığını əks etdiriblər. Suriya hökumətinin kimyəvi silahdan istifadə etməsi iddiası ötən altı ildə bu ölkədə məğlub olan ABŞ, onun avropalı və regional müttəfiqləri üçün bəhanədir.