Apr 07, 2017 15:19 Asia/Baku
  • "Terrorçuların hamiləri Suriyadakı kimyəvi hücumlarda məsuliyyət daşıyır"

Tehranın bu həftəki cümə namazının müvəqqəti imam cüməsi deyib: ABŞ və terrorçuların regional hamiləri kimyəvi silahları Suriyada terror qruplaşmalarının ixtiyarına veriblər.

Tehranın bu həftəki cümə namazının müvəqqəti imam cüməsi Ayətullah Məhəmməd İmami Kaşani ABŞ-ın cümə günü Suriyaya raket hücumunu pisləyib: Terrorçuları dəstəkləyən ölkələr terror qruplaşmaları qarşısında uğur əldə edən Suriya ordusunu yalandan kimyəvi hücumda suçlayırlar.

ABŞ və bəzi region ölkələrinin Suriyada terror qruplarına maliyyə və silah yardımına toxunan Ayətullah İmami Kaşani xatırladıb: Suriyada terrorçulara kimyəvi silah verən terror qruplarının hamiləri terrorizmlə mübarizə iddiasındadırlar.

Tehranın bu həftəki cümə namazının xətibi region və dünyanın hazırkı duruman münasibət bildirib: ABŞ-ın regiondakı hərəkətləri, İsrail rejiminin Fələstində və Səudiyyə Ərəbistanının Yəməndəki cinayətləri bugünkü dünyaın ən böyük müsibətlərindəndir.

Ayətullah İmami Kaşani həmçinin 19 may 2017-ci ildə İranda prezident və Şəhər və Kənd İslam Şuraları seçkilərinin keçirilməsinə də toxunub: İran xalqı seçkilər günündə birlik və vəhdətlə səsverməyə qatılacaq.

Tehranın bu həftəki cümə namazının xətibi İslam İnqilabının Böyük Rəhbəri tərəfindən günəş ilinin Müqavimət İqtisadiyyatı; İstehsal və Məşğulluq adlandırılmasını İranın müstəqilliyi və izzəti amili adlandırıb: Müqavimət İqtisadiyyatı İranın hazırkı iqtisadi problemlərinin yeganə həll yoludur.

Teqlər