Ruhaninin iştirakı ilə İranın bir neçə nüvə nailiyyətinin təqdimatı olub
https://azeri.sahartv.ir/news/İran-i265078-ruhaninin_iştirakı_ilə_İranın_bir_neçə_nüvə_nailiyyətinin_təqdimatı_olub
İranın ən yeni nüvə nailiyyətləri ölkə prezidenti Həsən Ruhaninin iştirakı ilə milli nüvə texnologiyası günündə təqdim olunaraq, istifadəyə verilibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 09, 2017 06:10 Asia/Baku
  • Ruhaninin iştirakı ilə İranın bir neçə nüvə nailiyyətinin təqdimatı olub
    Ruhaninin iştirakı ilə İranın bir neçə nüvə nailiyyətinin təqdimatı olub

İranın ən yeni nüvə nailiyyətləri ölkə prezidenti Həsən Ruhaninin iştirakı ilə milli nüvə texnologiyası günündə təqdim olunaraq, istifadəyə verilibdir.

Qəzvin vilayətində Rodotron sürətləndiricisindən istifadə ilə İndustrial Şüalanma Mərkəzinin işə salınması, Əlborz vilayətində FDG radio-dərmanlar istehsalı mehvərilə PET Radio-Dərmanlar İstehsalı Mərkəzinin istifadəyə verilməsi və Yəzd vilayətində ilk Uran Filizi Konsentrasiyası Zavodunun işə salınması İran prezidenti Həsən Ruhaninin video-konfrans vasitəsilə verdiyi göstəriş ilə həyata keçirilib.

Aprelin 9-u, İranın nüvə alimlərinin iftixarlı səyləri və nüvə yanacağı dövriyyəsinin təkmilləşdirilməsinin yüksək dəyərləndirilməsi məqsədilə İranda milli nüvə texnologiyası günü adlandırılıb.