Apr 09, 2017 16:39 Asia/Baku
  • İran məclisi üzvlərinin bəyanatı
    İran məclisi üzvlərinin bəyanatı

İran İslam Şurası Məclisinin üzvləri bir bəyanat yayıb, ABŞ-ın Suriyaya qarşı raket hücumunu və bu ölkənin suverenliyini pozmasını pisləyərək, beynəlxalq təşkilatlardan cavab istəyiblər.

İran İslam Şurası Məclisi üzvlərinin bəyanatında deyilir: Amerikanın Suriyaya qarşı raket hücumları bütün beynəlxalq prinsip və qanunların, eləcə də ölkələrin suverenliklərinin pozulması deməkdir.

Bəyanatda sonra deyilir: Suriyada təkfirçi terrorçuların bəzi böyük qüdrətlərin himayələrinə və regional dəstəklərə rəğmən, hər gün daha artıq məğlubiyyətə məhkum olduqları bir şəraitdə Amerikanın qanunsuz hərəkəti bir növ terrorçulara dəstək, onlara ruhiyyə vermək və məğlubiyyətdən qaçmaları üçün ümid yarığının yaradılması çərçivəsindədir.

İran İslam Şurası Məclisinin üzvləri deyiblər: BMT-nin etirafına əsasən, Suriya hökumətinin bütün kimyəvi maddələri ötən illərdə məhv edilib və Amerikanın faktaraşdırıcı komitə təşkil olunmadan beynəlxalq hüquq normalarına zidd addım atması Suriya xalqının qələbələrinin qarşısını almaq və terrorçulara dəstək üçün bir bəhanədir.

Amerika ordusu Suriya ordusunun bu ölkənin şimal-qərbində yerləşən İdlib vilayətindəki Xan Şiyxun məntəqəsində kimyəvi silahdan istifadə etməsinə dair saxta bəhanə ilə cümə günü səhər tezdən Suriyanın Hums vilayətindəki Şuəyrat aviabazasını raket atəşlərinə tutdu.

Teqlər