Apr 09, 2017 17:31 Asia/Baku
  • BMT nümayəndəsi: Urmiyyə gölünün bərpası üzrə səylər davam edir
    BMT nümayəndəsi: Urmiyyə gölünün bərpası üzrə səylər davam edir

BMT-nin ekologiya üzrə koordinatoru deyib: Yaponiya və İranın həmkarlığı ilə İranın şimal-qrərbində yerləşən Urmiyyə gölü yaxşı şəraitə çatıb və onun tam bərpası üzrə səylər davam edir.

BMT-nin ekologiya üzrə koordinatoru Geri Luis bu gün Tehranda İranın ekologiya təşkilatının sədri Məsumə Ebtekarın hüzurunda Urmiyyə gölünün bərpası üzrə əməkdaşlıq sənədinin dördüncü bəndinin imzalanması mərasimində əlavə edib: Urmiyyə gölünün bərpası zamana ehtiyaclıdır, amma son bir neçə ildə yaxşı hadisələr baş verib və bu tədbirlər ətraf mühit sahəsində digər ölkələr üçün uğurlu bir nümunədir.

Urmiyyə gölünün qarşıdakı bir neçə il ərzində qənaətbəxş bir şəraitə çatacağını bildirən BMT-nin ekologiya üzrə koordinatoru belə qeyd edib: Su bəndlərinin sularının gölə sərbəs buraxılması, çayların diblərinin təmizlənməsi və məntəqədə əkinçilik Urmiyyə gölünün bərpasının üç başlıca amilidir.

İran, Yaponiya və BMT arasında imzalanmış sənədlərə əsasən, beynəlxalq həmkarlıqlar Urmiyyə gölünün tam bərpasınadək davam edəcək.

Urmiyyə gölü ötən 20 ildə kəskin susuzluq böhranı ilə üzləşən dünyanın ikinci şor gölüdür.

Teqlər