Apr 09, 2017 17:52 Asia/Baku
  • Ruhani Əsədlə telefon söhbətində ABŞ-ın hücumunu pisləyib
    Ruhani Əsədlə telefon söhbətində ABŞ-ın hücumunu pisləyib

İran prezidenti Amerikanın müstəqil Suriya ölkəsinə qarşı təcavüzkarcasına hücumunu beynəlxalq qanunlar və BMT nizamnaməsinin posulması kimi qiymətləndirərək, onu bir daha pisləyibdir.

Həsən Ruhani bu gün Suriya preizdenti Bəşşar Əsədlə telefon söhbətində deyib: İran xalqı terrorizmlə mübarizədə və Suriyanın ərazi bütövlüyünün qorunmasında bu ölkə xalqının kənarında durmaqda davam edəcək.

Ruhani ABŞ-ın raket hücumunda Suriyanın günahsız xalqından bir qrupunun həyatını itirməsindən təəssüflənərək, həlak olanların ailələrinin kədərinə şərik çıxıb və yaralılar üçün şəfa diləyibdir.

İran prezidenti kimyəvi silahların aradan götürülməsi sahəsində Suriyanın BMT ilə həmkarlıq etməsinə toxunaraq, irəli sürülən iddiaları boş və etibarsız adlandırıb və belə vurğulayıb: Terroçulara dəstək verməklə Suriyanın gələcəyini öz xeyirlərinə dəyişəkcəklərini düşünən kəslər tamamilə yanılırlar.

Suriya preizdenti Bəşşar Əsəd də bu telefon söhbətində İranın Suriyaya olan dəstəklərinə görə təşəkkür edərək deyib: Terrorçuların son ağır məğlubiyyətləri və dağılmalarının ardınca həyata keçrilmiş Amerikanın raket hücumları Suriyanın xalqı və hökumətini zəiflətmək və həmin qruplrı ruhlandırmaq üzrə bir cəhddir.

Teqlər