Zərif: Moskva səfərinin mövzusu Suriya olayları ilə bağlı ahəngdarlığın yaradılmasıdır
https://azeri.sahartv.ir/news/İran-i265456-zərif_moskva_səfərinin_mövzusu_suriya_olayları_ilə_bağlı_ahəngdarlığın_yaradılmasıdır
İran İslam Respublikası Xarici İşlər Naziri yaxın günərdə Moskvaya səfər edəcəyindən xəbər verib və deyib: Səfərin əsas mövzusu Suriya olayları ilə bağlı əməkdaşlıqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2017 09:01 Asia/Baku
  • Zərif: Moskva səfərinin mövzusu Suriya olayları ilə bağlı ahəngdarlığın yaradılmasıdır
    Zərif: Moskva səfərinin mövzusu Suriya olayları ilə bağlı ahəngdarlığın yaradılmasıdır

İran İslam Respublikası Xarici İşlər Naziri yaxın günərdə Moskvaya səfər edəcəyindən xəbər verib və deyib: Səfərin əsas mövzusu Suriya olayları ilə bağlı əməkdaşlıqdır.

Məhəmməd Cavad Zərif çərşənbə günü jurnalistlər qarşısında verdiyi açıqlamada bu səfərin Rusiya tərəfinin dəvəti əsasında baş tutduğunu deyərək, əlavə edib: Busəfər zamanı İran, Rusiya və Suriyanın iştirakı ilə üçtərəfli iclas keçiriləcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi çərşənbə axşamı İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin cümə günü üçtərəfli İran, Rusiya və Suriya iclasında iştirak məqsədi ilə Moskvaya səfər edəcəyindən xəbər vermişdi.

İran, Rusiya və Suriya xarici işlər nazirləri Məhəmməd Cavad Zərif, Sergey Lavrov və Vəlid müəllim arasındakı üçtərəfli görüşün də şənbə və ya bazar günü Moskvada baş tutması planlaşdırılıb. Bu üçtərəfli görüşdə ABŞ-ın Suriyada bir hərbi bazaya raket zərbələri endirməsinin ardınca baş tutur.

İdlib vilayətində yerləşən Xan Şeyxun şəhərində  kimyəvi silahlardan istifadə mövzusu bir daha Suriya ətrafında cərəyan edən hadisələrin daha mürəkkəb hal alması və həssaslıqların artmasına səbəb olub. Xüsusi ilə Qərb və Amerika Xan Şeyxun hadisəsinin ardınca "kimyəvi silah" oyunu ilə öz çirkin məqsədlərinə nail olmaq istəyir.