Tehran Konvensiyası iclası Bəndər Ənzəlidə işə başladı
-
Tehran Konvensiyası iclası Bəndər Ənzəlidə işə başladı
Tehran Konvensiyası neft çirkləndiriciləri ilə mübarizədə regional əməkdaşlıq, çevik reaksiya və proflaktik tədbirlər barədə ahəngdarlığın yaradılması məqsədi və "Regional Əməkdaşlıq; Pak və təhlükəsiz Xəzər" şüarı ilə İranın şimalında, Bəndər Ənzəli şəhərində işə başlayıb.
Tehran Konvensiyası adı ilə tanınan Xəzərin ekologiyasını mühafizə konvensiyası 2003-cü ildə Xəzər hövzəsində yerləşən ölkələr (İran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan) arasında imzalanıb.
Sahilyanı ölkələrin Xəzərin ekologiyasını mühafizə konvensiyası qarşısındakı öhdəlikləri 2006-cı il 12 Avqust tarixindən qüvvəyə minib.
İranın Gilan ostanı Ekologiyanı Mühafizə Təşkilatının sədr müavini Qurbanəli Məhəmmədpur deyib: Əməkdaşlıq sənədinin qüvvəyə minməsi və neft çirkləndiriciləri ilə regional mübarizə bu iclasın əsas məqsədlərini təşkil edir.
Bəndər Ənzəlidə keçirilən Tehran Konvensiyası iclası 4 gün davam edəcək.