Yəhya Səri: Ben-Qurion hava limanını hipersəs raketi ilə vurduq
May 22, 2025 17:08 Asia/Baku
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri son bir neçə saatda verdiyi ikinci açıqlamada bildirib: Yəmən raket birlikləri bu gün sionist rejimə qarşı yüksək keyfiyyətli daha bir əməliyyat həyata keçirib və işğal altındakı Yafa (Təl-Əviv) bölgəsində yerləşən Ben-Qurion hava limanı hipersəs ballistik raketi ilə vurulub.
Əməliyyat uğurla nəticələnib, milyonlarla sionist sığınacaqlara qaçmalı olub və hava limanındakı bütün uçuşlar dayandırılıb.Biz Hayfa limanında və ümumilikdə İsrailin Qırmızı dəniz və Ərəb dənizindəki gəmiçiliyinə qoyulan qadağaları davam etdirməyə çalışırıq.