Tehranda Suriya sülh müzakirələri
https://azeri.sahartv.ir/news/İran-i266112-tehranda_suriya_sülh_müzakirələri
Astana iclası çərçivəsində Suriyada sülh üzrə işçi qrupun iclası bu gün səhər Tehranda öz işinə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 18, 2017 07:51 Asia/Baku
  • Tehranda Suriya sülh müzakirələri
    Tehranda Suriya sülh müzakirələri

Astana iclası çərçivəsində Suriyada sülh üzrə işçi qrupun iclası bu gün səhər Tehranda öz işinə başlayıb.

İRİB-in verdiyi məlumata görə, İran, Rusiya, Türkiyə və BMT-nin nümayəndələrinin iştirakı ilə Tehranda başlanan işçi qrupun iclasının gündəmini Suriyada atəşkəsin möhkəmləndirilməsi mövzusu təşkil edir. 

İndiyiədək Qazaxıstan Paytaxtı Astanada İran, Rusiya və Türkiyənin eləcə də silahlı qrupların heyətləri və BMT-nin Suriya üzrə nümayəndəsi Stefan De Mesturanın  iştirakı ilə üç dəfə Suriya sülh danışıqları həyata keçirilib.

Astana iclasının 4-cü mərhələsinin cari miladi ili mayın 3-4-də keçiriləcəyi bözlənilir.