Apr 23, 2017 15:14 Asia/Baku
  • Vyanada Ərak reaktorunun rekonstruksiyası üzrə müqavilə imzalanıb
    Vyanada Ərak reaktorunun rekonstruksiyası üzrə müqavilə imzalanıb

Ərak reaktorunun rekonstruksiyası ilə bağlı bazar günü Vyanada, İran İslam Respublikasının beynəlxalq təşkilatlar yanındakı nümayəndəliyində İranın Atom Enerjisi Təşkilatıilə Çin şirkətləri arasında müqavilə imzalanıb.

İSNA-nın verdiyi məlumata görə, bu müqaviləyə əsasən Çin şirkəti İran mütəxəssisləri tərəfindən hazırlanmış Ərak rekatorunun rekonstruksiya layihəsini beynəlxalq təhlükəsizlik standartlarına əsasən nəzərdən keçirib, sonda onu təsdiq etməlidir.

Həmçinin, yekun sənədə əsasən İran İslam Respublikası iş sahibi və layihənin maliki, Çin isə İran və 5+1 Qrupu arasındakı koordinator olaraq təqdim edilir.

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi Ərak reaktorunun rekonstruksiyası üzrə danışıqların yekunlaşdırılmasından öncə bildirmişdi ki, Ərak reaktorunun rekonstruksiyası nüvə sənayesində İran üçün yeni bir mövqe yaratmış olacaq.

Salehi deyib: Ərak reaktorunun rekonstruksiyasından və onun inkişaf etmiş ölkələr tərəfindən təsdiq edilməsindən sonra bu reaktor bu sahə üzrə ən modern təchizatlardan birinə çevriləcək.

Teqlər