İran sərmayə qoyuluşu üzrə Yaxın Şərqdə ən təhlükəsiz ölkədir
https://azeri.sahartv.ir/news/İran-i266804-İran_sərmayə_qoyuluşu_üzrə_yaxın_Şərqdə_ən_təhlükəsiz_ölkədir
Danimarkanın İrandakı səfiri deyib: İran uğurlu daxili və xarici siyasətlərinə görə iqtisadi və ticarət məqsədli investisiyalar üçün Yaxın Şərqdə ən təhlükəsiz ölkədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 23, 2017 12:15 Asia/Baku
  • İran sərmayə qoyuluşu üzrə Yaxın Şərqdə ən təhlükəsiz ölkədir
    İran sərmayə qoyuluşu üzrə Yaxın Şərqdə ən təhlükəsiz ölkədir

Danimarkanın İrandakı səfiri deyib: İran uğurlu daxili və xarici siyasətlərinə görə iqtisadi və ticarət məqsədli investisiyalar üçün Yaxın Şərqdə ən təhlükəsiz ölkədir.

Dani Anan bazar günü İranın mərkəzində yerləşən Ərak şəhərinə 2 günlük səfəri zamanı İRNA-ya verdiyi müsahibədə deyib: Davamlı təhlükəsizlik, bacarıqlı işçi qüvvəsi və qonşu ölkələrə asan çıxış İranın əsas xüsusiyyətlərindəndir. 

Dani Anan əlavə edib: Danimarkanın sənaye və istehsal müəssisələri İranda sərmayə qoymağa maraq göstərirlər. Çünki, İranda sərmayə qoyuluşu Danimarkanın İran ilə qonşu ölkələrə çıxışını asanlaşdırmış olur.