Pakistan dərhal Mircave terror aktını törədənlərin kimliyini müəyyən edib, onları cəzalandırmalıdır
İran İslam Respublikası prezidenti dost və qonşu Pakistan dövlətindən məsuliyyətli davranaraq, çərşənbə günü axşam Sistan və Bəluçestan ostanında, Mircave sərhəd qüvvələrinə qarşı terror aktı həyata keçirən hücumçuların kimliyinin dərhal müəyyən edilməsi və onlarla qanun əsasında rəftarın edilməsini istəyib.
İranın Prezident Administrasiyasının rəsmi internet səhifəsində yer alan məlumata görə, prezident Həsən Ruhani bu gün iranlı sərhədçilərin vəzifə başında şəhid edilmələri münasibətiilə başsağlığı verib və İranın Ali Milli Təhlükəsizlik Şurası və Xarici İşlər Nazirliyindən bu kimi hadisələrin təkrarlanmaması üçün, məsələni ciddi formada izləmələrini istəyib.
Həsən Ruhani həmçinin deyib: Bu terror aktı iranlıları kədərləndirib.
Çərşənbə günü axşam terrorçuların İran-Pakistan sərhədinin sıfır nöqtəsində pusqu quraraq, İranın Sistan və Bəluçestan ostanı Mircave sərhəd məntəqəsi qüvvələrindən olan 11 sərhədçiyi atəşə tutublar. Bu hadisədə 10 sərhədçi şəhid olub, bir sərhədçi isə ağır yaralanıb. Terrorçu "Ceyşül Zülm" qruplaşması bu terror aktının məsuliyyətini üzərinə götürüb.
Sİlahlı quldurlar və muzdlu yaraqlılar ötən bir neçə ildə Pakistan ərazisindən istifadə edərək, İrana qarşı bir neçə dəfə terror hücumu həyata keçirməklə bir qrup sivil vətəndaş və sərhədçini şəhid ediblər.