İranın xokkey komandası Asiya çempionatının finalına çıxıb
İranın zal üzrə xokkey yığma komandası Asiya çempionatının yarımfinal mərhələsində Özbəkistan komandasını məğlub edərək, yarışların finalına vəsiqə qazanıb.
IRNA-nın məlumatına görə, İranın zal üzrə xokkey yığma komandası dünən gecə Asiya çempionatının yarımfinal mərhələsində Özbəkistan komandasını 12-2 hesabı ilə məğlub edərək, yarışların finalına vəsiqə qazanıb. Bununla, İran yığması yeddinci dəfə olaraq, Asiya çempionatının finalisti olur, həm də üçüncü dəfə bu idman növü üzrə dünya çempionatında iştirak hüququ qazanır. Qeyd edək ki, bu idman növü üzrə növbəti dünya çempionatı 2018-ci ildə Almaniyada keçiriləcək.
İran xokkeyçiləri finala çıxmaq üçün Malayziya, Qətər və Oman komandalarını öz qarşılarından götürüblər.
Bu yarışların finalı İran ilə Qazaxıstan yığmaları arasında keçiriləcək.
7-ci Asiya çempionatı aprelin 24-dən 28-dək səkkiz komandanın iştirakı ilə iki qrupda keçiriləcək. Yarışlar Qətərin ev sahibliyi ilə bu ölkənin Doha şəhərində təşkil olunacaq.