Rusiya İranın gələcək hökuməti ilə əməkdaşlıqları davam etdirməyə hazırdır
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü özünün həftəlik brifinqində İrandakı prezident seçkiləri rəqabətlərinə toxunaraq, bildirib ki, Rusiya İranda seçkilərin keçirilməsindən sonra Tehranla öz güclü əlaqələrini davam etdirməyə hazırdır.
IRNA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən Rusiya-İran əlaqələrinin uzun keçmişə malik olduğunu bildirərək, deyib: Ümid edirik ki, gələcəkdə də iki ölkə əlaqələrində müsbət dəyişklik və hərəkətin şahidi olmuş olaq.
Tehran-Moskva əlaqələri İranda 11-ci dövlətin işə başlamasından bəri bir çox müsbət dəyişikliyin şahidi olub. Belə ki, iki ölkənin prezidentləri Həsən Ruhani və Vladimir Putin indiyədək 9 dəfə bir-birilərilə görüşərək, müzakirələr aparıblar.
Əməkdaşlıqların genişləndirilməsi formasında iki ölkənin iqtisadi əlaqələri dəyərinin artması Tehran-Moskva əlaqələrinin digər inkişaf sahələrindəndir.