Ruhani: Vasitəçi savaşlarda məqsəd, İslam dünyasına zərbə vurmaqdır
İran prezidenti Pakistanın baş nazirinə müraciətdə vurğulayıb ki, bəzi ölkələr özlərinin vasitəçi savaşları ilə İslam dünyasının birliyini hədəfə alıblar və terror hərəkətlərini dəstəklməklə region xalqlarının inkişafı və çiçəklənmələrinin yerinə, gerilik, yoxsulluq, əmin-amansızlı və zorakılıq gətirmək istəyirlər.
Həsən Ruhani dünən gecə Pakistan sərhədlərindəki iranlı sərhədçilərin şəhid olmalarının ardınca Pakistanın baş naziri Muhəmməd Nəvaz Şərifə ünvanladığı müraciətdə bildirib: Pakistan rəsmilərinin vədlərinə rəğmən, hələ də quldur dəstələri və terror qruplarının Pakistan ərazisindən İrana qarşı təcavüzləri təkrar olur.
Ruhani iki ölkə sərhədlərinin tarix boyu təhlükəsiz sərhədlər olduğunu və İranın ikitərəfli əlaqələrdə Pakistanın sabitliyi, təhlükəsizliyi, inkişafı və çiçəklənməsini özünün əsas iş gündəmində qərar verdyini qeyd edərək, vurğulayıb: İran ərazisi heç vaxt Pakistan daxil olmaqla öz qonşularına qarşı sui-istifadə olunmayıbdır, amma təəssüflə, lazımı addımların atılmaması İranın sərhədçiləri və bəzən də günahsız əhalisinin öldürülməsinə və xəsarətlərə bais olubdur.
İran prezidenti həmçinin Pakistanın baş nazirindən istəyibdir ki, iki ölkənin səmimi və qardaşcasına əlaqələrinin qorunması və yüksəlişi üçün bu terror hərəkəti amillərinin təqib olunaraq, ədalət məhkəməsinə tapşırılmaları haqda göstəriş versin.
Çərşənbə günü gecə terrorçuların İranın Pakistanla sərhədinin sıfır nöqtəsində pusqu qurmaları nəticəsində İranın Sistan və Bəluçestan vilayətinin "Mircave" məntəqəsinin sərhədçilərindən on nəfər patrul keçərkən şəhid edilib. "Ceyşulzulm" təkfirçi qruplaşması bu terror hücumunun məsuliyyətini öz üzərinə götürübdür.