İran ağırlıqqaldırma üzrə Asiya çempionu oldu
Apr 29, 2017 20:57 Asia/Baku
-
İran ağırlıqqaldırma üzrə Asiya çempionu oldu
İranın ağırlıqqaldırma üzrə yığma komandası 5 ildən sonra yenidən Asiya çempionu olmağı bacarıb.
Aşqabad-2017 ağırlıqqaldırma üzrə Asiya çempionatı İran yığmasının çempionluğu ilə başa çatıb.
İran yığması bu yarışlarda 5 qızıl, 3 gümüş və 3 bürün medal və 562 xal ilə Asiya çempionu olub.
Bu yarışlarda Çin və Özbəkistan ikinci və üçüncü olublar.
Türkmənistanın paytaxtı Aşqabadda keçirilən ağırlıqqaldırma üzrə Asiya çempionatı 23 Apreldə start götürmüşdü. Çempionat bu gün öz işini yekunlaşdırıb.