İranda prezident seçkiləri namizədlərinin təbliğat kampaniyaları davam edir
İranda 12-ci prezident seçkilərinin namizədləri öz təbliğat və təşviqat kampaniyalarının davamında ölkənin idarə edilməsi üçün proqramları və strategiyalarını təqdim ediblər.
İranda 12-ci prezident seçkilərinin namizədlərindən olan seyid İbrahim Rəisi bazar günü İran televiziyasının 1-ci kanalında "Kamera ilə" verilişinin qonağı olaraq, proqramlarına əsasən ildə bir milyon iş yeri yarada biləcəyini deyib.
Seyid İbrahim Rəisi əlavə edib: İldə bir milyon iş yerinin yaradılmasına nail olmaq üçün ölkənin icraçı, idarə və iqtisadi strukturlarında idarəetmədə dəyişiklik həyata keçirilməli, maliyə və bank sistemlərinə dizəliş edilməli, evdar qadınları himayə üzrə sığortalar nəzərdə tutulmalı, ictimai problemlərin həllinə yenidən baxılmalıdır.
İranda 12-ci prezident seçkilərinin digər namizədlərindən olan Məhəmməd Baqer Qalibaf da bazar günü axşam İRİB-yə verdiyi müsahibədə istehsalçılar və zavod sahiblərini himayə etməyi zəruri adlandırıb və deyib: Təhlükəsizlik sərmayə yaradır. Amma, dəllalların qarşısında dayanmaq lazımdır.
Qalibaf öz hökumətində təbəqələrarası fasiləni azaldacağını deyib.
Mustafa Ağamirsəlim İranda 12-ci prezident seçkilərinin digər namizədlərindən olaraq, bazar günü jurnalistlər qarşısında verdiyi açıqlamada az təminatlı ailələrin problemlərinin həll edilməsi üçün məişət məsələlərinin təxirəsalınmaz şəkildə həll edilməsinə təkid edib və deyib: Bundan başqa az təminatlı ailələrin şəxsiyyətinə hörmətlə yanaşılmalı və onlara öz ayaqları üzərində dayanmaq imkanı vermək lazımdır.
Mirsəlim həmçinin deyib: İctimai qruplar arasındakı ayrıseçkilik ictimai ədalətin bərqərarını problemlə üzləşdirib. Buna görə də təbəqələr arası fasilə çox təhlükəlidir.
İranda 12-ci prezident seçkiləri 19 Mayda keçiriləcək.