Azadşəhr mədənində 21 mədən işçisi həlak olub
https://azeri.sahartv.ir/news/İran-i267958-azadşəhr_mədənində_21_mədən_işçisi_həlak_olub
İranın Gülüstan valiliyinin böhranın idarə olunması şöbəsinin müdiri bu vilayətin Azadşəhr şəhərindəki "Zemestan Yurt" mədənində problemlə üzləşmiş 21 mədənçinin həlak olmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 04, 2017 04:20 Asia/Baku
  • Azadşəhr mədənində 21 mədən işçisi həlak olub
    Azadşəhr mədənində 21 mədən işçisi həlak olub

İranın Gülüstan valiliyinin böhranın idarə olunması şöbəsinin müdiri bu vilayətin Azadşəhr şəhərindəki "Zemestan Yurt" mədənində problemlə üzləşmiş 21 mədənçinin həlak olmasından xəbər verib.

IRIB-nin məlumatına görə, Sadeq Əli Moqəddəm dünən gecə bildirib: Bu mədəndə partlayış nəticəsində təqribən 35 nəfər problemlə üzləşibdir ki, yardımçılar 21 nəfərin cənazəsini tapıblar.

Moqəddəm yardım əməliyyatının davam etdiyini də qeyd edib.

İranın Gülüstan vilayətinin Azadşəhr şəhərindəki "Zemestan Yurt" daş kömür mədənində partlayış hadisəsi dünən günortaçağı baş verib.

Azadşəhr şəhərindəki "Zemestan Yurt" daş kömür mədəni Gülüstan vilayətinin mərkəzi olan Qorqan şəhərindən 90 kilometr şərqdə yerləşir.