May 06, 2017 11:37 Asia/Baku
  • Qeşmin geoparkı beynəlxalq oldu
    Qeşmin geoparkı beynəlxalq oldu

İranın cənubunda Qeşm Azad Ticarət Zonasının ictimai əlaqələr və beynəlxalq məsələlər üzrə baş direktoru Murtaza Şeyxzadə deyib: Qeşmin geoparkı Fransada YUNESKO-nun geoparklar iclasında yaşıl kart alaraq beynəlmiləl olub.

İRNA-nın məlumatına görə, Murtaza Şeyxzadə əlavə edib: Fransada dünya geoparklar şurasının 21-ci iclasının sonunda Qeşmin geoparkının beynəlmiləlləşməsi qətiləşib və YUNESKO onun yazılı təsdiqini Qeşm Azad Ticarət Zonasına göndərib. 

Şeyxzadə bildirib: Qeşmin geoparkı 2020-ci ilə qədər dörd illik bir dövrdə YUNESKO-nun nəzarəti altında beynəlxalq geopark olaraq rəsmi şəkildə fəaliyyət göstərəcək. 

Qeşm Azad Ticarət Zonasının ictimai əlaqələr və beynəlxalq məsələlər üzrə baş direktoru deyib: Qeşm geoparkı beynəlxalq səviyyədə turizmin inkişafı, ardınca isə iqtisadi və məşğulluq inkişafı sahəsində böyük imkanlar yaradacaq. 

Dünya Geoparklar Şurasının 21-ci iclası 10 gün müddətinə 26 apreldən 5 maya qədər Fransada keçirilib. 

Teqlər