Qasimi: Mədəniyyət əməkdaşlıqları İran və İtaliya münasibətlərinin güclənməsinə zəmanət verir
https://azeri.sahartv.ir/news/İran-i268286-qasimi_mədəniyyət_əməkdaşlıqları_İran_və_İtaliya_münasibətlərinin_güclənməsinə_zəmanət_verir
İran Xarici İşlər Nazirliyinin sözçüsü Tehran-Roma əlaqələrinin əhəmiyyətinə toxunub və İran və İtaliyanın mədəniyyət əməkdaşlıqlarını siyasət və iqtisadiyyat sahələrində ikitərəfli münasibətlərin güclənməsinə zəmanət verdiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2017 16:28 Asia/Baku
  • İran XİN sözçüsü Bəhram Qasimi
    İran XİN sözçüsü Bəhram Qasimi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Tehran-Roma əlaqələrinin əhəmiyyətinə toxunub və İran və İtaliyanın mədəniyyət əməkdaşlıqlarını siyasət və iqtisadiyyat sahələrində ikitərəfli münasibətlərin güclənməsinə zəmanət verdiyini bildirib.

İran XİN sözçüsü Bəhram Qasimi şənbə günü İtaliya xarici işlər nazirinin müavini Vinçenzo Amendola ilə Tehranda görüşdə deyib: Dünyanı mədəniləşdirməklə mövcud problemlərin çoxunu həll etmək olar.

Amendola da bu görüşdə İran və İtaliyanın qədim sivilizasiya keçmişi və bu ölkənin 30-cu Beynəlxalq Tehran Kitab Sərgisində iştirakına toxunub: İranın Roma və Milan şəhərlərində mədəniyyət mərkəzləri vardır və İtaliya da Tehranda öz mədəniyyət müəssisəsinin açılmasını gözləyir.

30-cu Beynəlxalq Tehran Kitab Sərgisi "Əlavə bir kitab oxuyaq" şüarı ilə ötən çərşənbə günü fəaliyyətə başlayıb və 13 maya qədər davam edəcək.