May 08, 2017 17:04 Asia/Baku
  • Ruhani Fransanın yeni prezidentini təbrik edib
    Ruhani Fransanın yeni prezidentini təbrik edib

İran İslam Respublikası prezidenti bir müraciətdə Emmanuel Makronu Fransanın prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Fransa prezdent seçkilərinin 2-ci turunda müstəqil namizəd Emmanuel Makron Milli Cəbhə partiyasının namizədi Marin Lö Peni məğlub edərək Fransanın 8-ci prezidenti seçilib. 

Emmanuel Makron 65,1% səs toplayaraq Elisey sarayına girmək şansını əldə edib. 

İran Prezident Aparatının informasiya portalının məlumatına görə,İran İslam Respublikası prezidenti Həsən Ruhani bu müraciətdə ümidvarlıq edib ki, Tehran-Paris əlaqələri qarşılıqlı mənafe istiqamətində daha da genişlənəcəkdir. 

İran prezidenti əlavə edib: Tehran-Paris əlaqələri ikitərəfli əməkdaşlıqlarla müştərək siyasi, iqtisadi və mədəniyyət mənafelərinə malik bütün sahələrdə münasib çiçəklənmənin şahidi olacaqdır. 

Ruhani həmçinin İran İslam Respublikasının ikitərəfli, regional və beynəlxalq məsələlər haqda Fransa ilə davamlı fikir mübadiləsinə hazır olduğunu bildirib. 

İran İslam Respublikası prezidenti Fransa dövləti və xalqına sağlamlıq, uğur və inkişaf arzulayıb. 

Teqlər