İranlı şahmatçı Asiya çempionu oldu
May 10, 2017 17:28 Asia/Baku
İranlı şahmatçı 8 xal toplayaraq gənclər üzrə Asiya Şahmat Çempionunun qalibi olub.
İRİB-in məlumatına görə, İranın şahmat nümayəndəsi Məsud Müsəddiqpur çərşənbə günü Şiraz şəhərində keçirilən gənclər üzrə Asiya Çempionatında sərbəst hərəkətdə 7 qələbə, iki bərabərlik və məğlubiyyət olmadan 9 oyuna 8 xal toplayaraq 2017-ci ildə Asiya çempionu olub.
Gənclər üzrə Asiya Şahmat Çempionatının sərbəst hərəkət və qadınlar arasında yarışları davam edir. Ondan sonra isə sürətli hərəkətlər üzrə rəqabət davam edəcək.
İran bu yarışların sürətli hərəkət hissəsində də 2 gümüş və bir bürünc qazanmışdı.
Gənclər üzrə Asiya Şahmat Çempionatı 2 may 2017-ci ildə Şiraz şəhərində başlanıb və bu gün sona çatır.