İran prezidenti özbəkistanlı həmkarını təbrik edib
İran İslam Respublikası prezidenti İranla Özbəkistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibəti ilə Özbəkistan prezidenti, dövləti və xalqını təbrik edib.
İran prezidenti Həsən Ruhani Özbəkistan prezidenti Şövkət Mirzəyevə təbrik müraciətində bildirib: İran və Özbəkistan arasında ayrılmas və dərin tarixi və sivilizasiya bağları iki ölkə əlaqələri üçün bitməyəcək güclü arxadır.
Ruhani əlavə edib: İran və Özbəkistan ötən illər ərzində iki ölkə arasında siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlıqların inkişafı istiqamətində addımlar ata bilmişlər.
İran prezidenti bildirib: İran və Özbəkistan əlaqələrinin hərtərəfli inkişafı müştərək mənafenin təmini və regional sülh və stabilliyin möhkəmlənməsində əbədi nəticələrə malik olacaq.