May 11, 2017 14:06 Asia/Baku
  • Ərdəbil ostanında zəlzələ nəticəsində 11 nəfər bədən xəsarəti alıb

Ərdəbil valiliyinin böhranın idarə olunması mərkəzinin baş müdiri bildirib ki, bu gün səhər tezdən Ərdəbil vilayətinin şimalında baş vermiş zəlzələ nəticəsində 11 nəfər bədən xəsarəti alıb.

Bu gün səhər Ərdəbil ostanının şimalında Rixter şkalası ilə beş bal gücündə yeraltı təkan baş verib.

Ərdəbil valiliyinin böhranın idarə olunması mərkəzinin baş müdiri Məsud Emami Yeqane bu gün IRNA ilə müsahibədə əlavə edib: Bu şəxslərdən on nəfər xəstəxanaya yatırılıb və bir nəfər ayaqüstü müalicə olunubdur.

Məsud Emami Yeqane deyib: Xəsarətləri dəyərləndirən qruplar xəsarət çəkmiş kəndlərə göndəriliblər.

O, əlavə edib: Ərdəbil ostanının şimalında yerləşən Parsabad, Biləsuvar və Germi şəhrestanlarına göndərilmiş böhranın idarə olunması qrupları ehtimal üzrə xəsarət çəkmiş şəxslərə yardıma hazırdırlar.

Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzi bu zəlzələnin episentrinin Azərbaycan Respublikası ərazisində olduğunu bildirib.

Teqlər