Bu gün İranda; Prezident seçkiləri namizədlərinin sonuncu tele-debatı
https://azeri.sahartv.ir/news/İran-i268916-bu_gün_İranda_prezident_seçkiləri_namizədlərinin_sonuncu_tele_debatı
İranda prezident seçkiləri namizədlərinin 3-cü və sonuncu tele-debatı bu gün Tehran vaxtı ilə saat 16:30-da İranın Teleradio Təşkilatında baş tutacaq.
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 12, 2017 06:02 Asia/Baku
  • Prezident seçkiləri namizədlərinin sonuncu tele-debatı
    Prezident seçkiləri namizədlərinin sonuncu tele-debatı

İranda prezident seçkiləri namizədlərinin 3-cü və sonuncu tele-debatı bu gün Tehran vaxtı ilə saat 16:30-da İranın Teleradio Təşkilatında baş tutacaq.

Həsən Ruhani, İbrahim Rəisi Sadat, Mustafa Ağamirsəlim, Məhəmməd Baqer Qalibaf, Mustafa Haşemitəba və İshaq Cahangiri İran İslam Respublikası prezidentliyinə 6 namizəddir. Onlar sonuncu tele-debat zamanı iqtisadiyyat mövzusu ilə bağlı öz proqramlarını açıqlayacaqlar. 

İranda 12-ci prezident seçkiləri namizədlərinin ilk tele-debatı 28 Apreldə baş tutmuşdu. 1-ci tele-debatın mövzusu ictimai məsələlər olmuşdu. 

Siyasət və mədəniyyət mövzusunda olan 2-ci tele-debat 5 May tarixində keçirilmişdi. 

İranda 12-ci prezident seçkiləri 19 May 2017-ci ildə keçiriləcək.