Tehranın müvəqqəti imam cüməsi: Seçkilər İran xalqının iqtidarı və milli izətinin məzhəridir
Tehranın müvəqqəti imam cüməsi bu gün cümə namazı xütbələrində deyib: İran xalqının ölkənin müxtəlif siyasi səhnələrində o cümlədən seçkilərdə iştirakı milli iqtidar və izzətin habelə, xalqın Allaha olan imanının təzahürüdür.
Tehranın bu həftəki cümə namazı xətibi höccətülislam vəlmüslimin Kazım Sədiqi İran xalqının gələn cümə günü öz dini inancları və etiqadları əsasında seçkilərdə iştirak edəcəyini xatırladıb və deyib: İran İslam İnqilabından sonra siyasi, iqtisadi və mədəni İslam səhnəyə daxil oldu və xalq tam qətiyyətlə öz taleyi və ölkənin taleyini təyin etmək üçün seçkilərdə iştirak edəcək.
Höccətülislam vəlmüslimin Kazım Sədiqi əlavə edib: Prezident seçkiləri namizədləri qanuna əməl etməlidirlər və islami diskursiyalar yaratmaq ilə az təminatlı təbəqənin gücləndirilməsi habelə, ölkənin müstəqilliyi, əzəməti və milli təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində addım atmalıdırlar.
Tehranın müvəqqəti imam cüməsi İran düşmənlərinə xitabən isə deyib: İran digər ölkələr kimi deyil və dollarlar hesabına bu ölkədə iğtişaş törətmək və İslam İnqilabına zərbə vurmaq mümkün deyil.
Tehranın müvəqqəti imam cüməsi həmçinin, Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın yeni sənədinə işarə edərək, deyib: 1967-ci ilə sərhədləri bütün fələstinli qrupların qəbul etdiyi bir məsələ deyil və İsrail rejimi hələ də qanunsuz bir rejimdir.
Höccətülislam Kazım Sədiqi Bəhreyn rejiminin bu ölkənin tanınmış ruhanisi Şeyx İsa Qasıma qarşı zorakılıqlarının və Yəmən xalqının Ərəbistan tərəfindən qırğın edilməsinin davam etməsi və bəzi region ölkələrində məzhəb məhdudiyyətlərinin yaranmasını da tənqid edib.
Tehranın müvəqqəti imam cüməsi həmçinin, Şaban ayı bayramlarını təbrik edərək, xüsusi ilə İmam Zamanın(ə) mövlud günü münasibəti ilə dünya şiələrini təbrik edib və o həzrətin zühurunu İlahi vədin gerçəkləşməsi adlandıraraq, bu vədin həqiqi İslamın bütün dünyaya hakim kəsiləcəyindən və dünyada ədalətin bərqərar ediləcəyindən ibarət olduğunu bildirib.