İranda prezident seçkiləri namizədlərinin sonuncu debatı
İranda 12-ci prezident seçkilərinin 6 namizədi bu gün sonuncu tele-debatda iştirak edərək, iqtisadiyyatla bağlı proqramlarını açıqlayıb və rəqiblərinin iradlarına cavab veriblər.
İshaq Cahangiri, Mustafa Ağamirsəlm, Həsən Ruhani, Mustafa Haşemitəba, İbrahim Rəisi Sadat və Məhəmməd Baqer Qalibaf İranda prezident seçkilərinin 6 namizədidir. Namizədlər bu gün cümə İranın teleradio təşkilatında olaraq, televiziya vasitəsi ilə canlı yayımlanan tele-debatda iştirak ediblər. Namizədlər əsasən qaçaqmalçılıq ilə mübarizə, neft gəlirlərindən asılılığın azaldılması, ixracatın genişləndirilməsi, istehsalın çiçəklənməsi, subsidiyaların məqsədyönlü şəkildə xərclənməsi və iqtisadi inkişafla bağlı prioritetlər barəsində öz proqramlarını şərh ediblər.
İranda 12-ci prezident seçkiləri 19 Mayda keçiriləcək.